Bu xəstəxananın vəzifəli şəxsləri saxlanıldı » Istintaq.Az
19:40 Bakıda kafeyə gələn oğul anasını 35 dəfə bıçaqladı  |     18:14 Sabirabadda avtomobil yanıb  |     17:48 Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu  |     17:46 Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ  |     17:44 SON DƏQİQƏ: Azərbaycanda məşhur restoran yanır - FOTO  |     15:09 Bakıda qanlı dava - Ramil Oruclu öldürüldü  |     14:47 "Bandotdel"dən ŞOK əməliyyat - Sosial şəbəkə vasitəsilə 27 nəfər tutuldu - VİDEO  |     14:18 Şəkidə gizli cəbbəxana saxlayan şəxs ələ keçdi  |     14:13 Bulvarda həyəcanlı anlar - polislər gənc qızı xilas etdi - VİDEO  |     14:10 Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb  |     14:04 Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var  |     14:01 Masallıda 66 yaşlı kişi intihara cəhd etdi  |     13:58 Şamaxıda 22 yaşlı gənc yol qəzasında ağır yaralandı  |     13:56 Qəbələdə yeniyetmə intihar etdi  |     13:46 Novxanı-Mazasır yolunda qəza baş verib, xəsarət alanlar var  |     13:43 Salyanda dörd uşaq anası özünü Kürə atıb  |     13:41 Samuxda qadın müəllim intihar etdi  |     13:33 Naftalanda sanatoriyada istirahət edən kişi ölü tapıldı  |     13:29 Xırdalanda avtomobil 7 yaşlı uşağı vurdu  |     18:44 Bakıda maşınla avtobus toqquşdu  |    

Bu xəstəxananın vəzifəli şəxsləri saxlanıldı
23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılovanın qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə Zinyət İsmayılovanın 13 aprel 2021-ci il tarixədək xəstəxananın baş həkimi vəzifəsində işləmiş Rəsul Baxşəliyevlə cinayətkar əlaqəyə girərək 2015-ci ildən etibarən xəstəxanada ayrı-ayrı vəzifələrdə işləmiş tibb işçilərinin əmək stajının hesablanması yolu ilə işə gəlməmələrinə şərait yaradılması müqabilində sonuncuların əmək haqqı kartlarını özündə saxlamaqla, kart hesablarına mədaxil olunan ümumilikdə 314 min 400 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdıraraq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Zinyət İsmayılovanın 13.04.2021-ci il tarixdən hazırki dövrədək həmin müəssisənin baş həkimi vəzifəsində işləyən Ceyhun Yusifovla birlikdə eyni cinayətkar üsul ilə həmin işçilərə məxsus cəmi 13 min 800 manat məbləğində pul vəsaitini hər ay nağdlaşdırararaq öz aralarında bölmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı vurulmuş maddi ziyanın 112 min manat hissəsinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

 Hazırda cinayətlərin törədilməsində hər-hansı formada iştirak etmiş digər şəxslərin dairəsinin müəyyənləşdirilməsi və vurulmuş maddi ziyanın qalan hissəsinin ödətdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            39 10.06.21 16:44