Rəis müavini qardaşları polis şöbəsində döydürüb? - Rəsmi açıqlama » Istintaq.Az
19:40 Bakıda kafeyə gələn oğul anasını 35 dəfə bıçaqladı  |     18:14 Sabirabadda avtomobil yanıb  |     17:48 Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu  |     17:46 Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ  |     17:44 SON DƏQİQƏ: Azərbaycanda məşhur restoran yanır - FOTO  |     15:09 Bakıda qanlı dava - Ramil Oruclu öldürüldü  |     14:47 "Bandotdel"dən ŞOK əməliyyat - Sosial şəbəkə vasitəsilə 27 nəfər tutuldu - VİDEO  |     14:18 Şəkidə gizli cəbbəxana saxlayan şəxs ələ keçdi  |     14:13 Bulvarda həyəcanlı anlar - polislər gənc qızı xilas etdi - VİDEO  |     14:10 Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb  |     14:04 Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var  |     14:01 Masallıda 66 yaşlı kişi intihara cəhd etdi  |     13:58 Şamaxıda 22 yaşlı gənc yol qəzasında ağır yaralandı  |     13:56 Qəbələdə yeniyetmə intihar etdi  |     13:46 Novxanı-Mazasır yolunda qəza baş verib, xəsarət alanlar var  |     13:43 Salyanda dörd uşaq anası özünü Kürə atıb  |     13:41 Samuxda qadın müəllim intihar etdi  |     13:33 Naftalanda sanatoriyada istirahət edən kişi ölü tapıldı  |     13:29 Xırdalanda avtomobil 7 yaşlı uşağı vurdu  |     18:44 Bakıda maşınla avtobus toqquşdu  |    

Rəis müavini qardaşları polis şöbəsində döydürüb? - Rəsmi açıqlama
Cəlilabad rayon sakinləri olan qardaşlar polis şöbəsində rəis müavini Rövşən Quliyev və əməkdaşları tərəfindən döyüldüklərini iddia edirlər.

    
"Qafqazinfo”ya müraciət edən Rauf Əmənov bildirib ki, iyunun 8-i gecə saat 12 radələrində əməliyyatçı Səbuhi adlı şəxs qardaşları Ramil Əmənov və Toğrul Rizvanlını şöbəyə çağırıblar: "Rəis müavini Rövşən Quliyev otaqda onları nalayiq ifadələrlə söyüb, təhqir edib. Daha sonra onların hər ikisinin qollarını qandallayaraq ayrı-ayrı otaqlarda döyüblər”.

Ramil Əmənov bildirib ki, otaqda Rövşən Quliyevin cəlilabadlıları təhqir etməsinə etiraz edib: "Buna görə rəis müavini Rövşən və əməkdaşları səhərə kimi gəlib-gedib bizi döydülər. Səhər isə polis rəisi dedi ki, sizə qarşı yanlışlıq olub, bu işi barışıqla həll edək. Şöbədən çıxandan sonra polis rəisi Mübariz Quliyev bizim telefonlarımızı qaytarmaq barədə göstəriş versə də, Rövşən Quliyev qaytarmadı”.

Rauf Əmənov da qeyd edib ki, Vəkillər Kollegiyasının üzvü olan digər qardaşı Tural Əmənovla birgə gecə saatlarından səhərə kimi şöbənin önündə gözləsələr də, onları içəri buraxmayıblar: "Səhər saat 10-da vəkil Tural Əmənovu şöbədə rəis Mübariz Quliyev qəbul etdi. Qardaşlarımı 12 saat polis bölməsində saxladıqları zaman onlar təhqir olunub, heç bir məhkəmə qərarı və ya ifadələri alınmadan əlləri qandallanıb, ciddi şəkildə bədən xəsarətləri yetirilib”.

Toğrul Rizvanlı da hadisə ilə bağlı bildirib ki, şöbədə qoluna qandal vuraraq onu döyüblər: "Qulağıma təpik vurdular, başım yerə dəydi”.

 Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinə müraciət etdik. DİN-in Lənkəran regional qrupundan "Qafqazinfo”ya bildirilib ki, həmin şəxslərin iddiaları həqiqəti əks etdirmir: "Bakı şəhər sakini olan bir nəfər şəxs Cəlilabad RPŞ-yə ərizə ilə müraciət edib. O bildirib ki, Cəlilabad rayon sakini olan Toğrul Rizvanlı onun həyat yoldaşına zəng edərək etikadan kənar ifadələr işlədib, bunun səbəbini öyrənmək üçün həmin şəxslə görüşdükdə isə T.Rizvanlı bir neçə tanışı ilə birlikdə onu vuraraq xəsarət yetirib.

Müraciətlə əlaqədar Cəlilabad RPŞ-nin Təhqiqat bölməsində aparılan araşdırma zamanı T.Rizvanlı şöbəyə dəvət olunub. Qardaşı ilə birlikdə Cəlilabad RPŞ-yə gələn həmin şəxs şöbənin inzibati binasına daxil olan kimi uca səslə nalayiq ifadələr işlədib. Bu zaman onu intizama dəvət edən polis əməkdaşlarının üzərinə hücum çəkərək onların ünvanına xoşagəlməz ifadələr işlədib, xidməti otaqlardan birində stolları aşıraraq normal xidməti fəaliyyətin pozulmasına yönəlmiş hərəkətlər edib.

Faktla bağlı Cəlilabad RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır”.

Qeyd edək ki, Toğrul Rizvanlı Vətən müharibəsi iştirakçısıdır. Leytenant rütbəsində olan T. Rizvanlı "Cəbrayılın azad edilməsinə görə” və "Qubadlının azad edilməsinə görə” medalları ilə təltif edilib.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            50 11.06.21 18:42