COVID-lə bağlı saxta arayış verən vəzifəli şəxslərə cinayət işi açıldı - RƏSMİ » Istintaq.Az
19:40 Bakıda kafeyə gələn oğul anasını 35 dəfə bıçaqladı  |     18:14 Sabirabadda avtomobil yanıb  |     17:48 Bakıda təcili tibbi yardımın həkimini avtomobil vurdu  |     17:46 Cəlilabadda avtomobil 4 yaşlı uşağı vuraraq ÖLDÜRDÜ  |     17:44 SON DƏQİQƏ: Azərbaycanda məşhur restoran yanır - FOTO  |     15:09 Bakıda qanlı dava - Ramil Oruclu öldürüldü  |     14:47 "Bandotdel"dən ŞOK əməliyyat - Sosial şəbəkə vasitəsilə 27 nəfər tutuldu - VİDEO  |     14:18 Şəkidə gizli cəbbəxana saxlayan şəxs ələ keçdi  |     14:13 Bulvarda həyəcanlı anlar - polislər gənc qızı xilas etdi - VİDEO  |     14:10 Sabirabadda 17 yaşlı qız məzun məclisində bıçaqlanıb  |     14:04 Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var  |     14:01 Masallıda 66 yaşlı kişi intihara cəhd etdi  |     13:58 Şamaxıda 22 yaşlı gənc yol qəzasında ağır yaralandı  |     13:56 Qəbələdə yeniyetmə intihar etdi  |     13:46 Novxanı-Mazasır yolunda qəza baş verib, xəsarət alanlar var  |     13:43 Salyanda dörd uşaq anası özünü Kürə atıb  |     13:41 Samuxda qadın müəllim intihar etdi  |     13:33 Naftalanda sanatoriyada istirahət edən kişi ölü tapıldı  |     13:29 Xırdalanda avtomobil 7 yaşlı uşağı vurdu  |     18:44 Bakıda maşınla avtobus toqquşdu  |    

COVID-lə bağlı saxta arayış verən vəzifəli şəxslərə cinayət işi açıldı - RƏSMİ
Bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən sərnişinlərin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oxygen” klinikasından verilən tibbi arayışların saxta olması barədə informasiyalar yayılıb.

Baş Prokurorludan verilən məlumata görə, aparılan araşdırma zamanı müəyyən edilib ki, “ƏSR” və “Arkan Tour” MMC-nin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 96 nəfər şəxsin Gəncə Beynəlxalq Hava Limanından Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səyahət etməsini təşkil etmək məqsədilə “Oxygen” və “Leyla Medical Center” klinikalarının məlumatı olmadan həmin tibb müəssisələrinin adından tərtib edilmiş neqativ test nəticələri ilə bağlı saxta sənədlərin əldə edilməsinə və həmin saxta sənədlərin sərnişinlərə müəyyən məbləğdə pul vəsaiti müqabilində təqdim edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilənlərlə bağlı fakta görə “ƏSR” və “Arkan Tour” MMC-nin vəzifəli şəxsləri barəsində  Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            17 11.06.21 19:00