"Atasığorta" vətəndaşı özünü yandırmaq həddinə çatdırıb - Video » Istintaq.Az
20:00 Daha 2 narkotik alverçisi ələ keçirildi  |     19:46 Qohumunun maşınının hissələrini söküb satdı -FOTO  |     19:41 Bakıda intihara cəhd oldu  |     17:53 Gəncədə arvadını öldürmək istəyən şəxsə hökm oxunub  |     17:50 Tərtərdə 2 yaşlı uşağı qətlə yetirən şəxsin məhkəməsi başlayır  |     17:35 Bakıda narkotik vasitə qəbul edən kişi öldü  |     17:03 Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edildi  |     16:59 Azərbaycanda xanım vəkilin şok fırıldağı — Müdafiə etdiyi şəxslə evləndi və...  |     16:34 Bakıda avtomobilin vurduğu ahıl kişi xəstəxanada ölüb  |     16:22 Hindistanda faciə: Atasının meyitinin yandırıldığı oda özünü atdı  |     16:17 İsmayıllıda mağazadan 40 kq bal oğurlayan şəxs tutuldu - FOTO  |     15:00 Qəbələdə dəhşətli qəza: 3 ölü, 3 yaralı  |     14:04 Xüsusi təyinatlı zabitimiz intihar etdi - FOTO  |     13:44 Bakıda mağazadan 5 min manatlıq oğurluq edilib  |     13:42 Bakıda şirkətdən 90 min manatlıq oğurluq edilib  |     13:40 Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırılıb  |     13:37 Qaçıraraq evləndiyi qızı toy gecəsinin səhəri öldürdü - İfadəsi DƏHŞƏTƏ GƏTİRDİ  |     13:34 "Bacın əxlaqsız olub, sən niyə kişilikdən dəm vurursan?" - Şamaxıda qətl  |     13:13 Bakıda əkizlər doğuş zamanı öldü  |     12:44 Meşədə narkotik becərən şəxs tutuldu - FOTO  |    

"Atasığorta" vətəndaşı özünü yandırmaq həddinə çatdırıb - Video

Redaksiyamıza Şəki Rayon Baş Göynük kənd sakini Vasif Yusibov tərəfindən şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, vətəndaşın maşınına dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanmır. Şikayətçi bildirir ki, maşınını 70 faizlik kasko sığorta etdirib, lakin şirkət dəyən ziyanın 70 faizini ödəməkdən imtina edir.

“Kreditlə “Hunday Elantra” markalı, 99-PC-383 dövlət nömrə nişanlı maşını alan zaman, zorla mənə 70 faizlik kasko sığorta etdiriblər. Qanunla maşınıma dəyən ziyanın 70 faizini sığorta, qalan 30 faizini isə mən ödəməliyəm.

Bu ayın 4-də İsmayıllı rayonunda qəza törətmişəm. Maşınıma kaskonun öz servisində baxış keçirdilər və 1741 manat zərər dəydiyini dedilər. Bu məbləğin 521 manatını mən, qalan məbləği isə sığorta ödəməli idi. Mən üzərimə düşən məbləği aparıb ustalarına verdim ki, maşını təmir etsinlər. Lakin usta maşını götürmədi. Mənə isə bildirdi ki, maşınınızın 3-5 mindən yuxarı xərci var. Soruşuram ki, bəs niyə 1741 manat yazmısan? Cavab verir ki, “mənə nə deyiblər, onu yazmışam”.

Yenidən “AtaSığorta”ya zəng etmişəm ki, usta maşını götürmür. Bəs mən necə edim? Dedilər ki, öz ustanda yoxlat və bizə sənəd gətir. Mən də maşını qanunla “Hyundai”ın rəsmi  servisinə apardım. Möhürlü, imzalı olaraq sənəd verdilər ki, 8640 manat məbləğində maşına ziyan dəyib. Həmin sənədi öz istəklərinə qarşılıq aparıb “AtaSığorta”ya verdim. Onların da ekzpertizaları gedib həmin servisdə maşına yenidən baxış keçirib. Görüblər ki, maşının bu qədər zərəri var, bu qədər detal dəyişilməlidir”.

Şikayətçinin sözlərinə görə, “AtaSığorta” üzərlərinə düşən 70 faizi ödəməkdən boyun qaçırır.

“Mənə zəng vurub bildirirlər ki, sizə 3070 manat pul veririk, amma 8640 manatın 70 faizi 6000 manat edir.  Cavabında isə deyirlər ki, Xırdalandakı servisə apar. Biz orada maşını düzəltdiririk. Axır məbləğ nə çıxarsa, onun 30 faizini siz ödəyərsiniz. Mən isə bununla razı deyiləm. Aparıb ucuz, necə gəldi detallar yığacaqlar, sonra da məndən neçə min pul tələb edəcəklər. Mən qanunla olan haqqımı tələb edirəm”,- deyə şikayətçi bildirib. Onun sözlərinə görə, “Atasığorta” faktiki olaraq onu intihar həddinə çatdırıb.

Bizimyol.info məsələ ilə bağlı “AtaSığorta” ASC şirkəti ilə əlaqə saxlayıb. Telefona cavab verən “AtaSığorta”-nın əməkdaşı bildirib ki, biz 3070 manatdan artıq pul ödəyə bilmərik.

“Vətəndaş istədiyi servisə müraciət etdi və bizim nümayəndə də maşına baxış keçirdi, qiymətləndirmə apardılar. Orada bütün detallar təzə olmaqla 8500 manat qiymət yazılmışdı. Maşını əvvəlki vəziyyətinə qaytarmaq şərti ilə biz 70 faiz ödəməliyik. Məsələn, detalı neçənci ildirsə, həmin ilə uyğun qiymətlə hesablanır. Biz yenidən məsələyə baxdıq, araşdırdıq, lakin qiymət artımı olmayacaq. Qüsur haqqında nə detallar varsa, hamısı hesablanılıb yazılacaq. Biz vətəndaşa bütün şərtlərimizi izah etmişik. Məsələ ilə bağlı rəsmi şəkildə bizə yazsın. Şikayətə rəhbərlik tərəfindən baxılacaq”.






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            9 27.04.21 14:33